" Biz Sülhə səs veririk "

       Bu gün məktəbimizdə "Beynəlxalq Sülh günü" ilə əlaqədar " Biz Sülhə səs veririk " adlı tədbir keçirilmişdir. İbtidai sinif müəllimi Aynur Abdullayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə 2 "A" sinif şagirdlərinin təqdimatları nümayiş olunmuşdur.
    Bədii kompozisiya, sülhün rəmzi olan "Göyərçin" mahnısı və şux rəqslə davam edən tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər iştirak etmişdilər. Məktəbin direktoru Yaqut Məmmədova çıxış edərək hamını dostluğa, mehribanlığa, sülhə səsləmişdir. Ölkə başçısı Cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci xanımı, Vitse Prezidenti Mehriban xanım Əliyevanın sülhsevər siyasəti nəticəsində Azərbaycan xalqının bu gün belə rahat şəraitdə yaşadığını vurğulamışdır.
     Sonda sülhün rəmzi olan " ağ göyərçin " və şarlar havaya uçurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi