"Bilik günü"

              Bu gün məktəbimizdə "Bilik günü" nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, valideynlər, ötən ilin məzunları, Xəzər rayon İcra Hakimiyyətindən nümayəndələr də iştirak etmişdilər.
     Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Daha sonra meydana Azərbaycanın Dövlət bayrağı gətirilmişdir.
      Məktəbin direktoru Yaqut Məmmədova hər kəsi salamlayaraq məktəbin ötən tədris ilindəki uğurlarından danışaraq, yeni tədris ilində hər kəsə uğurlar arzulamışdır həmçinin ölkəmizdə təhsilə verilən diqqət və qayğıdan söz açmışdır.
     Sonra isə çıxış edən qonaqlar öz ürək sözlərini söyləmiş və hamıya uğurlar arzulamışdılar.
     Tədbir məktəb şagirdlərinin rəngarəng ifaları ilə davam etmişdir. Məktəbə ilk dəfə qədəm qoyan birincilər hər kəsi sülhə, mübarizliyə, dünyanı qorumağa dəvət etmişdilər.
İbtidai sinif şagirdlərinin çıxışları maraqla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi