Pedaqoji şura iclası

         13 sentyabr 2019 - cu il tarixdə məktəbin Akt zalında 2019/2020 - ci tədris ilinin ilk Pedaqoji şura iclası keçirilmişdir. Pedaqoji şurada məktəb rəhbərliyi və müəllimlər iştirak etmişdilər. Məktəbin direktoru Yaqut Məmmədova kollektivi yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzu etmişdir.

İlk Pedaqoji şura iclasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019 cu il tarixli, F-531 nömrəli əmri barədə pedaqoji heyət məlumat verilmişdir.

   Gündəlikdə duran məsələlər:
1.2019 -2020-ci tədris ili üçün məktəbin fəaliyyət planının müzakirəsi və qəbul edilməsi.
2.Müəllimlərin dərs yükünün təsdiqi.
3.Yay tapşırıqlarının qiymətləndirilməsinin nəticələri.
4.2019-2020-ci tədris ilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr.
5.2019-2020-ci tədris ili üçün məktəbin illik fəaliyyət planının müzakirəsi və təsdiqi. Pedaqoji Şuranın planının müzakirəsi və təsdiqi. Direktor müavinlərinin, kitabxançıların illik fəaliyyət planının təsdiqi.
6.Sinif rəhbərlərinin, metodbirləşmə rəhbərlərinin təsdiqi.
      İcasın gündəliyində duran məsələlər oxunduqdan sonra məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Susilə Abbasova çıxış edərək 2018-2019-cu tədris ilində əldə olunan nəticələr, tədrisdə keyfiyyət göstəricisi zəif olan və sinifdə təkrar saxlanılan şagirdlərin kəmiyyəti, buraxılış imtahanlarında əldə olunan nəticələr barədə məlumat vermişdir.
     Sonda İclasın gündəliyində duran digər məsələlər geniş müzakirə olunaraq, pedaqoji kollektivin təklif və iradları dinlənilmiş, hər bir məsələ müzakirə olunaraq yekun qərar qəbul olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi