Qürur mənbəyimiz

          Bu gün Şağan Mədəniyyət Mərkəzində yeni 2019-2020-ci tədris ilinin başlanması münasibətilə və Ali məktəblərə imtahan verərək qəbul olunmuş şagirdlərlə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə Xəzər RİH başçısı Elşən Salahov açıq elan edərək yüksək balla ali məktəblərə daxil olan şagirdləri təbrik etmiş və yeni tədris ilinin başlanması münasibətilə onlara müvəfəqiyyətlər arzulamışdır.
  Çıxışlardan sonra rayon üzrə yüksək bal toplamış, məktəbimizin XI a sinif şagirdi Ələkbərova Çinarə Qoşqar qızı ( 651 bal) , XI c sinif şagirdləri Rəhimova Milanə Raul qızı (666 bal) və Bayramova Lalə Oruc qızı (613 bal) , XI d sinif şagirdi Hacızadə Vüqar Xanağa oğlu (650 bal) çıxış edərək əldə etdikləri nailiyyətlərə görə onlara dəstək olan müəllimlərə və təbrikə görə hər kəsə öz minnətdarlıqlarını bildirmişdilər.
     Tədbirin sonunda 600 baldan yüksək bal toplayan şagirdlərə Xəzər Rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunmuşdur.
     Məktəb rəhbərliyi və kollektivi adından hər bir tələbə adını qazanmış şagirdimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi