"Son zəng"

            Bu gün məktəbimizdə ənənəyə uyğun olaraq "Son zəng" tədbiri qeyd edilmişdir. Məktəbin biologiya müəllimi Sevil Əmirovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktor əvəzi Yaqut Məmmədova, Buzovna Bələdiyyə sədrinin müavini Ə.Əmirov , təlim-tərbiyə işləri üzrə direktor müavinləri ,məktəb kollektivi və valideynlər iştirak etmişdilər.
    “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
    Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilmiş, məzunlar bir -birindən maraqlı musiqi nömrələri və rəqslərlə çıxış edərək alqışlarla qarşılanmışdılar.
     Çıxışında 2018/2019 - cu tədris ilində məktəbin nailiyyətlərindən,uğurlarından söz açmış və bütün tədbir iştirakçılarını ,məzunları təbrik edərək onlara uğurlar arzulamışdır.Həmçinin, məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir çox şagirdlərə Fəxri fərmanlar verilmişdir.
     Tədbir " Son zəng " in vurulması ilə başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi