“Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi”

                  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfransın qalibləri mükafatlandırılmışdır.

      Paytaxtdakı 12 nömrəli tam orta məktəbdə keçirilən mükafatlandırılma mərasimində BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və müəllimlər iştirak etmişdilər.

     Tədbirdə ilk olaraq müsabiqə-konfrans barədə ümumi məlumat verilib. Bildirilib ki, müsabiqə-konfrans BŞTİ tərəfindən ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə təşkil edilmişdir.Müsabiqə-konfrans məktəb, rayon və şəhər üzrə-3 mərhələdə keçirilmişdir.

     Müsabiqə-konfransda ümumilikdə 224 pedaqoji işçi iştirak etmişdir. Onlardan 35-i Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanmışdır. Münsiflər heyətinin qərarına əsasən, 6 ən yaxşı tədqiqat müəllifi qalib elan olunmuşdur.
     Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Mövsümova Gülnisə final mərhələsində iştirak edərək Təltifnamə ilə mükafatlandırılmışdır. Coğrafiya müəllimi Rzayev Musa final mərhələsində iştirak edərək II yerə layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi