Novruz bayramı

Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir. 26№-li orta məhtəbin şagird və müəllim kollektivi bu bayramı təntənəli şəkildə keçirdi.Xəzər rayonu Buzovna qəsəbəsi bələdiyyəsinin nümayəndəsi Ə.Mətləbin təşkil etdiyi bu şənlikdə şagirdlərin əl işləri nümayiş etdirildi.Bir-birindən gözəl bəzədilmiş xonçalar zövq oxşayırdı.Tədbirdə məktəbin direktoru N,Səmədov başda olmaqla müəllim və şagird kollektivi iştirak edirdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi