Novruz bayramı qeyd edildi
Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır Bu gün 26 №-li məktəbdə müəllimlərdən Ə.Könül,İ.Gülarə və M.Zərə şagirdlərlə birgə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında hazırladıqları tədbiri nümayiş etdirdilər.Şagirdlərin hazırladığı slaydlar diqqətə layiq idi.M.Əliyevanın Azərbaycanın mədəniyyət və incəsənət sahəsində gördüyü işlərdən danışıldı. Novruz bayramına həsr olunmuş tədbir müdriyyət tərəfindən qiymətləndirildi.