"Şən Startlar"

Sağlam bədəndə sağlam ruh olar. Məktəbimizdə idman dərslərinin aktiv şəkildə keçirilməsi nəticəsində 12 sinifdən ibarət 2-ci siniflər arasında 8 turdan ibarət yarış təşkil olundu. Yarışda “Cəsurlar”, ”Qartal”, ”Günəş”, ”Ulduzlar”, ”Şahinlər”, ”Bilik”, ”Xəzri”, ”Dəmir ağac”, ”Əjdaha”, ”Atəş,”, ”Alov”, ” Sokolyata ”, ”Vəhşi pişiklər” komandaları iştirak edirdi. II sinif şagirdləri yarışmaq üçün həyəcanlı idilər. Finala vəsiqə qazanan komandalar “Qartal”, ”Dəmir agac”, ”Günəş”, "Sokolyata“ oldu. Novruz bayramına həsr olunmuş bu yarışda qonaqlar da iştirak edirdi.