Valideynin məktəbdə bir günü

              Azərbaycan Respublikasının  Təhsil Nazirliyinin  F-66 №li  əmrini  əsas tutaraq  məktəbimizdə " Valideynin  məktəbdə  bir günü "  adlı  ikinci  " Açıq qapı "  günü keçirilmişdir. Tədbir  məktəbin  direktor əvəzi Yaqut Məmmədova tərəfindən  açıq elan  edildikdən  sonra  valideynlərə  bugünkü  günün  əsas  mahiyyətindən  danışılmış , onlara  yarımillik  hesabat verilmişdir.

    Məktəbin akt zalında İ.Nəsiminin 650  illiyinə həsr edilmiş  tədbirə  baxıldıqdan  sonra valideynlər  tədris  prosesini  izləmək  üçün  dərslərdə  iştirak etmişlər.

    Mütaliə  vərdişlərini  inkişaf etdirmək  məqsədilə  şagirdlər C.Məmmədquluzadə, S.Ə.Şirvani , Q.zakir, M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov ,Ə.Haqverdiyev ,V.Şekspir və başqa ədiblərin əsərlərindən  hazırlanmış müxtəlif səhnəciklər  nümayiş etdirdilər.

    Sonda "Biz sülh istəyirik " adlı rəqs  kompozisiyası  balaca  şagirdlər  tərəfindən  nümayiş  etdirilmiş , göyərçin  və şarlar  havaya uçurulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi