"Ailəmiz dayağımızdır"

         " 15 may Beynəlxalq Ailə Günüdür" . Bu münasibətlə məktəbdə "Ailəmiz dayağımızdır" adlı tədbir keçirilmişdir. Tədbirdə IV c sinif şagirdləri və onların valideynləri iştirak etmişlər.Şagirdlərin göstərdiyi səhnəcik və " ailə ağacı" üzərində yerləşdirilmiş şəkillərdən ibarət sərgi hamı tərəfindən maraqla qarşılanmışdır.
  Tədbirin sonunda çıxış edən məktəbin direktor əvəzi Yaqut Məmmədova 15 may tarixinin Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada " Ailə Günü " kimi qeyd olunmasını , Ulu Öndər H.Əliyevin Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxladığını və bu münasibətin indi də dövlət başçımız İ.Əliyev tərəfindən həssaslıqla davam etdirildiyini vurğuladı. Sonda Yaqut Məmmədova şagirdləri və valideynləri bir daha təbrik edərək ailə- məktəb münasibətlərinin daha da möhkəm olmasını arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi