"Heydər Əliyev -96 "

          10 may tarixində  məktəbimizdə ümummilli lider Heydər Əliyevin 96- cı ildönümünə həsr olunmuş "Heydər Əliyev -96 " adlı tədbir keçirilmişdir. Tədbir Dövlət himninin səsləndirilməsi və ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır. Tədbir III sinif şagirdlərinin iştirakı ilə ulu öndərə həsr olunmuş şeirlər söylənilmiş, mahnılar oxunmuş, rəqslər və səhnəciklər göstərilmişdir. 
      Tədbirin sonunda məktəbin direkor əvəzi Yaqut Məmmədova çıxış edərək,Heydər Əliyevin Azərbaycanın tarixində əvəzsiz rolundan,təhsilə olan qayğısından danışaraq, Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə cağırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM