"Böyük ömrün dastanı"

          Bu gün məktəbdə X ç sinfinin şagirdləri görkəmli Xalq şairimiz Zəlimxan Yaqubun Ulu öndər Heydər Əliyevin müqəddəs ruhuna ithaf etdiyi "Böyük ömrün dastanı" poemasının müzakirəsini keçirdilər.
    Tədbiri giriş sözü ilə məktəbin ədəbiyyat müəllimi Rəna Qədirova açdı.Sonra söz şagirdlərə verildi.Poema ilə bağlı öz fikirlərini,təəssüratlarını bölüşən şagirdlər yeri gəldikcə əsərdən müvafiq hissələri əzbər söylədilər.Şairin daxili dünyasına nüfuz edən,içindəki təlatümü duyan,qələmin məhsulu olan bu gözəl dastanın cazibəsindən çıxa bilməyən iştirakçılar həyatsevər , bütün varlığı ilə elinə, obasına bağlı olan Ümummilli liderimizin layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gördüyü işlərdən də fərəhlə söz açdılar.
    Məktəbin təlim-tərbiyəsi işləri üzrə direktor müavinləri S.Abbasova,Ü.Əliyeva və E.Əliyeva tədbirin sonunda çıxış edərək müzakirə barədə öz fikitlərini bildirirdilər və şagirdlərin təşəbüskarlığını alqışladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi