Heydər Əliyevin 96-cı il dönümü ilə əlaqədar iməcilik

Bu gün Ulu öndər Heydər Əliyevin 96-cı il dönümü münasibəti ilə əlaqədar məktəbimizdə iməcilik keçirilmişdir.İməcilikdə məktəbin direktor əvəzi Yaqut Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri ,müəllim,şagird və valideynlər iştirak etmişdilər. İməclik zamanı məktəbin həyətində və sinif otaqlarında təmizlik işləri aparılmış, ağaclara qulluq göstərilmişdir.
Həmçinin Ulu öndər Heydər Əliyevin "Hərəyə bir ağac əkək" şüarının davamı olaraq əkilən ağaclara qulluq etmək, məktəbə aid olan sahəni daha təmiz və səliqəli saxlamaq məqsədilə məktəb rəhbərliyinin təşəbbüsü nəticəsində bulaq tikilib təhvil verilmişdir.