"Vətənin Müdafiəsinə Hazıram"

          Bu gün məktəbdə yaz çağırışına həsr olunmuş "Vətənin Müdafiəsinə Hazıram" devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında üçüncü yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçiləri Salman Əbdülov və Cəlil Əlizadə, Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, məktəbimizin direktor əvəzi Yaqut Məmmədova, qalib komandanın üzvləri iştirak etmişlər. Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.
Şagirdlərimizi təbrik edir, yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi