"23 Aprel -Ümumdünya Kitab və Müəllif Hüquqları Günü "

           "23 Aprel -Ümumdünya Kitab və Müəllif Hüquqları Günü " münasibətilə məktəbin kitabxanaçıları Sədaqət Əliyeva və Ülkər Əliyeva , III g sinif rəhbəri Nərgiz Məhərrəmovanın rəhbərliyi ilə maraqlı tədbir təşkil edilmişdir.
Tədbirdə şagirdlər kitabın dəyərini əks etdirən aforizmlər , atalar sözləri və hikmətli fikirləri dinləyicilərin diqqətinə çatdırmışlar.
Nəsimi rolunu canlandıran şagird cavanlara öz nəsihətlərini ünvanlamışdır.Tənbəl şagirdin kitabın dəyərini bilməməsi və nəticədə peşman olması barədə hazırlanmış ibrətamiz səhnəcik alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda bütün şagirdlər kitabxanaçılar tərəfindən mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi