"Narkomaniya sosial bəladır"

Dünyanın bir çox bölgələrində münaqişələr ölkələrə nəinki fəlakət, dağıntı, xaos, insan itkisi gətirir, eləcə də narkomaniya kimi bəlaların daha geniş yayılmasına şərait yaradır. "Narkomaniya sosial Narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Bu məqsədlə bu gün IX-XI sinif şagirdləri arasında "Narkomaniya sosial bəladır"mövzusunda söhbət aparıldı.Bu haqda Xəzər RPİ-nin rəisi polis polkovniki Sahib Babayev,Xəzər RPİ-nin XYÇPİTB-nin inspektorları polis kapitanı Sadiq Məmmədov,polis kapitanı Rauf Əsədov və polis leytenantı Müşfiq Abdullayev fikirlərini söylədilər.