Asəf Zeynalının 110 illik yubileyi

Asəf Zeynalının 110 illik yubileyi münasibətilə məktəb kitabxanaçılarının təşkilatçılığı ilə VII a sinfində tədbir keçirilmişdir.
Musiqi müəllimi və Uşaq Birliyi rəhbərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlər A.Zeynallının həyat və yaradıcılığı ilə yaxından tanış olmuş,bəstəkarın yaşadığı qısa ömür ərzində yaratdıqlarından bəhs edən videoçarx izlənmişlər.
Vətənpərvərlik mövzusuna həsr olunmuş "Ölkəm" romansını şagirdlər Bübülün ifasında məmnuniyyətlə dinləmiş və bəstəkarın yaradıcılığı ilə bağlı fikirlərini bölüşmüşlər.