Tarix-coğrafiya aylığının yekunu

               Bu gün məktəbimizdə tarix-coğrafiya aylığı ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə şagirdlər ölkəmizin keçdiyi tarixi inkişaf yolu dövrlər haqqında məlumat vermişlər. Milli azadlıq hərəkatının rəhbəri Babək , Qüdrətli Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai,Xan qızı Xurşidbanu Natəvan obrazlarını yaradan şagirdlər Müstəqil Azərbaycan Respublikasının quruculuğunun tarixi keşməkeşli inkişaf yollarından danışmışlar.Torpaqlarımız uğrunda şəhid olmuş oğullarımızın xatirəsi ehtiramla yad edilmiş , onların şərəfinə şeirlər söylənmişdir.Dövlətimizin dahi qurucusu,ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin Vətənimizin çiçəklənməsi yolunda gördüyü böyük işlərdən söhbət açılmışdır.Sonda şagirdlərin əl işlərindən ibarət sərgiyə məktəb rəhbərliyi,müəllimlər və şagirdlər tərəfindən baxış keçirilmişdir. Məktəbin direktor əvəzi Yaqut Məmmədova öz çıxışında tədbirin hazırlanmasında zəhməti olan müəllim və şagirdlərə öz təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi