Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

        Bakı şəhər məktəblilərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin
təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirir. Müsabiqədə IX-XI sinif şagirdlərindən ibarət Bakı şəhəri ümumtəhsil
məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları iştirak edir. 
    Bu gün müsabiqənin məktəb mərhələsi keçirilmişdir. Şagirdlər 4 qrupa bölünmüş və hər komandaya 30 sual verilmişdir. XI sinif şagirdi Rəhimova Milanə, X sinif şagirdi Quluzadə Şəbnəm və IX sinif şagirdi Zeynalov Fərid ən cox suallara düzgün cavab yazdıqlarından qalib komanda elan olundu. Komandaya növbəti mərhələdə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi