" Nəsimi ili "

            Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2019-cu il " Nəsimi ili " elan edilmişdir.Bu məqsədlə dövlət idarələrində o cümlədən tədris müəssisələrində də geniş miqyaslı tədbirlər həyata keçirilir. Silsilə tədbirlərdən biri də məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri Südabə Cavadova və Ülviyyə Allahverdiyevanın rəhbərliyi ilə baş tutmuşdur. Tədbirdə məktəbin müxtəlif siniflərindən olan şagirdlər iştirak edirdilər. Onlar Nəsimi qəzəllərini tarın müşayiəti ilə böyük məharətlə ifa etdilər. Çıxışlar , nümayiş edilmiş videoçarxlar gələn qonaqlar, məktəb rəhbərliyi və şagirdlər tərəfindən maraqla qarşılandı. Yaradılmış guşədə böyük mütəfəkkirin keçdiyi həyat yolu işıqlandırılmışdı.
Tədbir məktəb rəhbərliyinin çıxışı ilə yekunlaşdırıldı.Dahi şairin yubileyi ilə bağlı silsilə tədbirlərin davamlı olaraq keçiriləcəyi iştirakçıların nəzər-diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi