"Zərərli vərdişlərə yox deyək! "

        Bu gün məktəbin biologiya müəllimi Sona Məmmədovanın rəhbərliyi və VIII sinif şagirdlərinin iştirakı ilə "Zərərli vərdişlərə yox deyək! " adlı tədbir keçirilmişdir. Tədbirdə bəzi zəif iradəli insanların içki, siqaret ,narkotik maddələrdən istifadə kimi zərərli vərdişlərə qurşanmaqla həyatlarını məhv etmələrindən və bu asılılıqlardan qurtulma yollarından söhbət açılmışdır. 
      Tədbir boyu slaydlar göstərilmiş, şagirdlərin bu barədə şəxsi mülahizələri dinlənilmişdir. Sonda məktəbin direktor əvəzi Yaqut Məmmədova , təlim-tərbiyə işləri direktor müavinləri Susilə Abbasova, Ülviyyə Məmmədova, Fəzilə Əliyeva, biologiya müəllimi Sevil Əmirova da öz dəyərli fikirlərini iştirakçılarla bölüşmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi