"Dini hadisə,mərasim və ənənələrin mənəvi mahiyyəti"

Bu gün məktəbimizdə şagirdlərə dini və milli mənəvi dəyərləri aşılamaq məqsədilə "Dini hadisə,mərasim və ənənələrin mənəvi mahiyyəti" mövzusunda tədbir keçirilmişdir.Tədbir iştirakşıları olan V sinif şagirdləri tarix müəllimi Samirə Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Fəzilə Əliyevanın müşayiəti ilə Buzovna qəsəbəsindəki dini və tarixi abidələri ziyarət etmişlər.Onlar Əli qədəmgahında ,III-VIII əsrlərə aid olan Alban kilsəsində ,XVI əsrə aid olan Şeyx Əli Məhəmməd türbəsində və qədim Hun qəbirstanlığında olmuşdular.Şagirdlər ekskursiyadan yüksək təəssüratlarla qayıtmışdılar.