"Novruz adət-ənənələrimiz"

             Bu gün məktəbimizdə "Novruz adət-ənənələrimiz" adlı silsilə tədbirlər keçirilmişdir.İbtidai sinif şagirdləri tərəfindən adət-ənənələrimizə sadiq qalaraq bayramı milli dəyərlərimizə uyğun şəkildə qeyd etmişdilər. Bayramın atributları olan Bahar qızı,Novruzun məzəli personajları Kosa və Keçəlin tədbirdə görünməsi bayram şənliyinə yeni ahəng gətirmişdir. Kosa və Keçəlin iştirakçılarla yumurta döyüşdürməsi, balaca fidanlarımızın milli geyimdə rəqsləri və şəkərburanın hazırlanmasının sərgilənməsi tədbirə xoş ovqat qataraq daha da maraqlı etmişdir. Tədbirin sonunda məktəbin direktor əvəzi Yaqut Məmmədova xoş sözlər söyləyərək,tədbirlərin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi