Xocalı soyqırımı

1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 26 №li orta məktəbdə də bu hadisələri bir daha hərkəsin diqqətinə çatdrmaq üçün tədbirlər silsiləsi keçirildi.Tədbirlərdən biri də Elçin müəllimin yuxarı sinif şagirdləri ilə keçirdiyi dəyirmi masa idi. Tədbirdə şagirdlərin bu hadisə haqqında çıxışları dinlənildi , hazırladıqları video çarxlar nümayiş etdirildi. Müəllim və şagird kollektivinin birgə əməyi nəticəsində tədbir yüksək səviyyədə keçirildi.