"Dəyirmi masa"

    Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Təhsil Nazirliyinin 2019-cu il fəaliyyət planına əsasən, ideoloji maarifləndirmə sahəsində, uşaq və yeniyətmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması fikrini əsas tutaraq Fevral-Mart Coğrafiya fənn aylığının fəaliyyət planı əsasında məktəbin coğrafiya müəllimi Əliyev Mahir 11ç sinfində "Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq iqtisadi layihələr" mövzusunda "Dəyirmi masa" təşkil etdi.Şagirdlər ölkədə keçirilən beynəlxalq iqtisadi layihələr haqqında təqdimat hazırlayaraq bu layihələrin  Azərbaycanın gələcək iqtisadi və siyasi baxımdan inkişafındakı rolu haqqında öz fikirlərini söylədilər.Dəyirmi masa iştirakçılarının diskussiyasına təlim-tərbiyə işləri üzrə direktor müavini  Abbasova Susilə, fənn müəllimi Salamov Rövşən və Coğrafiya fənni üzrə metodbirləşmə sədri Musa Rzayev də qoşularaq, şagirdlərə öz tövsiyyələrini etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi