5 Mart Bədən tərbiyəsi və İdman Günü

  4 mart 2019-cu il tarixdə Şağan Olimpiya İdman Kompleksində Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "5 Mart - Bədən tərbiyəsi və İdman Günü"nə həsr olunmuş əl işlərindən ibarət sərgi , bir qrup bədən tərbiyəsi və idman müəllimlərinin və məşqçi müəllimlərin rayonun yeniyetmə və gəncləri arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə mükafatlandırması mərasimi və rayonun orta ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında Voleybol turnirinin final oyunu keçirilmişdir. Turnirin nəticələrinə görə I yeri - 26 saylı tam orta məktəbin komandası, II yeri - 156 saylı tam orta məktəbin komandası, III yer- 149 saylı tam orta məktəbin komandası tutmuşdur.
Məktəb komandamızı birincilik münasibəti ilə təbrik edirik !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi