Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir

     " 1 Mart Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar məktəbimizdə "Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir "mövzusunda tədbir keçirilmişdir.Məktəbin akt zalında V sinif şagirdləri üçün təşkil edilən seminarları təlim-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Məmmədova,müəllimlərdən Rəfael Aşumov və Vüqar Məcidov aparmışlar. Ülviyyə Məmmədova mülkü müdafiə gününün tarixi haqqında şagirdlərə söhbət açdıqdan sonra sonra, fiziki tərbiyə müəllimi Aşumov Rafael təbii və texnogen fəlakətlər haqqında uşaqlara geniş məlumat vermişdir.Məktəbin hərbi rəhbəri Vüqar Məcidovun şagirdlərə fərdi mühafizə vasitələri haqqında oxuduğu kiçik, lakin praktiki mühazirə olmuşdur. Belə ki, uşaqların özləri əleyhqazların istifadə prinsipləri ilə birbaşa əyani şəkildə tanış oldular. Tədbirin öyrədici mahiyyətinin gücünün nəticəsidir ki, şagirdlər sonda öz suallarını müəllimlərə ünvanladılar.Şagirdlər məktəbin foyesində təşkil olunan əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. 
   Həmçinin II və V siniflərdə mülki müdafiə üzrə açıq dərslər keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi