“Xocalı harayı” adlı tədbir keçirildi

İ.Tağıyev adına 26 №-li tam orta məktəbin rus bölməsinin təlim-tərbiyə işləri üzrə direktor müavini Əskərova Rəna şagirdlər ilə birlikdə məktəbin akt zalında Xocalı soyqırımının 24- cü ildönümünə həsr edilən “Xocalı harayı” adlı tədbir keçirdilər Tədbirdə Azərbaycan tarixinə dəhşətli səhifə kimi daxil olan Xocalı soyqırımı şagirdlərin hazırladığı səhnəciklər,şeirlər,mahnılar vasitəsi ilə tədbir iştirakçılarına çatdırıldı.Xocalı hadisələrinin canlı şahidinin çıxışı şagirdlərin və tədbirdə iştirak edən qonaqların böyük marağına səbəb oldu.Şagirdlərin hazırladıqları səhnəcik onları həyəcanlandırdı ,hətta ağlatdı.Tədbirdə qonaq qismində Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də iştirak edirdi. Onlar tədbirin yüksək səviyyədə keçdiyini və bu kimi tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində böyük rolu olduğunu qeyd etdilər.