Uşaq hüquqları üzrə pilləli  tədris proqramı

  Azərbaycan Respublikasının İnsan Hüquqları  üzrə Müvəkkili  Elmira Süleymanovanın  təşəbbüsü  və Təhsil Nazirliyi  ilə əməkdaşlıqda artıq  onuncu ildir ki , orta ümümtəhsil  məktəblərində  ardıcıl olaraq Uşaq hüquqları üzrə pilləli  tədris proqramı həyata keçirilir.

  Ölkə Prezidenti  cənab İlham Əliyevin 27 dekabr 2011-ci il  tarixli sərəncamı ilə  təsdiq edilmiş  və uğurla  həyata keçirilən  Azərbaycan Respublikasında insan hüquq  və azadlıqlarının  müdafiəsinin  səmərələliyini  artırmaq  sahəsində  Milli Fəaliyyət Proqramının 4.4- cü bəndində orta ixtisas  və ali təhsil  müəssisələrində insan hüquqlarının  tədrisinin  genişləndirilməsi ,ümumtəhsil  məktəblərində  uşaq  hüquqlarının  pilləli  tədrisinin  inkişaf etdirməsi  nəzərdə tutulmuşdur.

  Dilşad İsmayılova və Murad Babayev  tərəfindən  tədris proqramında məktəbin V-XI  sinif şagirdləri  və məktəb  kollektivi iştirak etmişdir.Tədris proqramı  uşaq hüquqlarının  öyrənilməsinə  öz töhfəsini  verməklə yanaşı , şagirdlərin  bilik və  natiqlik  bacarıqlarının  inkişaf etdirilməsi ,onların  ictimai  fəallığının  artırılması ,eləcə də müvafiq  fənn müəllimlərinin  insan hüquqları  sahəsində ixtisaslaşmasında mühüm rol oynayır.İnteraktiv  şəkildə  aparılan  pilləli  tədris prosesində əsas diqqət  şagirdlərin  uşaq hüquqları sahəsində bilik səviyyəsinin  inkişaf etdirilməsinə  yönəldilmişdir.

  Sonda məktəbin dirktor əvəzi  Yaqut  Məmmədova  tədrisdə  iştirak edən  bütün iştirakçılara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi