"Valideynin məktəbdə bir günü "

  Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-66 №li əmrini əsas tutaraq məktəbimizdə "Valideynin məktəbdə bir günü " adlı layihə ilə bağlı " Açıq qapı " günü keçirilmişdir.
  Rəsmi açılışdan sonra məktəbin direktor əvəzi Yaqut Məmmədova layihənin əhəmiyyəti barədə məlumat vermiş və bildirmişdir ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasına şərait yaradır.Həmçinin müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır .
 Müəllim -valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edən Yaqut Məmmədova valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da gücləndirmək üçün görülən intensiv işlərdən söhbət açmışdır.
 Valideynlər şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular və məktəb foyesində təşkil olunan ədəbi-bədii kompozisiyanı izlədilər. Şagirdlərimizin hazırladıqları çıxışlar alqışlarla qarşılandı.Daha sonra valideynlər nümunəvi dərslərdə iştirak etdilər. Tədbirin sonunda şagirdlərin ifasında göstərilən “Ana dilim “ adlı tamaşa böyük maraqla seyr edildi. Məktəbin direktor əvəzi Yaqut Məmmədova gələn valideynlərə tədbirdə iştiraklarına görə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi