Ən yaxşı təqdimat

    20.02.2019-cu il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının  96-cı ildönümü  ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri  arasında "Ən yaxşı təqdimat " müsabiqəsinin  keçirilməsi barədə  Azərbaycan Respublikası Təhsil Nazirinin  29.01.2019-cu  il tarixli,F-53 №li  əmrini  rəhbər tutaraq,məktəbimizdə IX-XI sinif  şagirdləri  arasında  müsabiqə  keçirildi.

  Müsabiqədə  iştirak edən şagirdlər "Ümummilli lider Heydər Əliyev - şərəfli  ömrün  salnaməsi " başlığı  altında  verilən  mövzuların  adı  yazılmış  12 zərfdən  birini götürməklə  öz təqdimatlarını etdilər.

  Qiymətləndirmə  zamanı  müsabiqənin  şərtlərinə uyğun  olaraq iştirakçıların  sərbəstliyi, nitqinin səlisliyi,ifadəliliyi, lüğət ehtiyatının  zənginliyinə  xüsusi  diqqət yetirildi.

  Münsiflər  heyətinin  yekdil  qərarı  ilə IX sinif şagirdi  Hüseynov Rəşad Elçin  müsabiqənin rayon  mərhələsində  iştirak etmək  üçün seçildi.

Qalibimizə  qarşıdakı  mərhələlərdə uğurlar  diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi