Məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçiriləcək

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi davam edir.
Belə ki, bu gün məktəb rəhbərliyi fənn metodbirləşmələri ilə görüşüb bu layihənin məktəbimizdə keçiriləcəyi haqda məlumat verdi. Qeyd edildi ki, layihənin təşkil olunmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.
 Fevralın 21-də keçiriləcək görüşdə valideynlər məktəb mühiti ilə tanış olacaq, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat veriləcək. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinləniləcək və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılacaq.
 Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin mentorları tərəfindən valideynlər üçün sessiyalar təşkil olunacaq. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr veriləcək.
 Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri də keçiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi