Gənc kimyaçılar

14.02.2019- cu il tarixdə məktəbin IX-XI sinif şagirdləri arasında "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi " keçirilmişdir. Müsabiqədə iştirak edən "Helium", "Oksigen " və "Fosfor" komandalarının üzvləri 30 sualdan ibarət test tapşırığını yerinə yetirmiş və təqdim olunan iki məsələnin həlli üzərində çalışmışdır. "Fosfor " komandasının üzvləri daha yaxşı nəticə göstərərək müsabiqənin rayon mərhələsində iştirak etmək hüququ qazanmışlar.Biz gənc kimyaçılarımıza böyük ümidlər bəsləyir və uğurlar arzulayırıq.