Dostluq yarışı

Bu gün məktəbimizdə Xəzər rayonunun 234 və 26 saylı məktəblərinin müəllimləri arasında rayonumuzun həyatında ,şagirdlərin və bir çox müəllimlərin yetişməsində müstəsna xidmətləri olmuş ,vaxtilə fiziki tərbiyə müəllimi işləmiş Cəbrayılov Nadir Hüseynqulu oglunun əziz xatirəsinə həsr edilən voleybol turniri keçirilmişdir.
Turnirdə məktəbimizin VIII-XI siniflərinin qızlardan ibarət komandaları da yarışmışlar.Turnir dostluq,səmimilik şəraitində keçirilmiş ,sonda dostluq görüşünün fəal iştirakçıları mükafatlandırılmışlar.