Ədəbiyyat biliciləri

12.02.2019- cu il tarixdə Sabunçu rayonu 252 №li tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən "Ədəbiyyat biliciləri " müsabiqəsinin şəhər turu keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı haqqında məlumatlılıq səviyyəsini yoxlamaq , mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.
"Ədəbiyyat biliciləri" müsabiqəsi 3 mərhələdə təşkil olunmuşdur.Müsabiqənin məktəb mərhələsinin qalibi ötən tədris ilində də Respublika ikincisi adına layiq görülmüş IX c sinif şagirdi Hüseynov Rəşad Elçin oğlu olmuşdur.O,bu il oxuduğu kitabların sayını 520 -yə çatdırmış,daha çox kitab oxuyan və müsabiqənin şərtlərinə cavab verən şagird kimi digərlərindən fərqlənmişdir. Hüseynov Rəşad müsabiqənin II mərhələsindən də uğurla keçərək ölkə turunda iştirak etmək hüququ qazanmışdır. Şagirdimizə uğurlar arzulayırıq.