“Azərbaycan dili milli varlığımızdır “ mövzusunda şeir müsabiqəsi

 “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin dahada təkmilləşdirilməsi ilə bağlı tədbirlər “ haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli fərmanına uyğun olaraq BŞTİ-nin 01.02.2019-cu il tarixli F-75 №li əmrini rəhbər tutaraq məktəbimizdə V-XI siniflər arasında “Azərbaycan dili milli varlığımızdır “ mövzusunda şeir müsabiqəsinin I turu keçirildi.
Müsabiqədə iştirak edən şagirdlər Azərbaycanın görkəmli şairlərinin ana dili mövzusunda yazdığı şeirlərdən nümunələr söylədilər.
  Tədbirdə məktəbin direktor əvəzi Yaqut Məmmədova ,tədbirin təşkilatçısı Rəna Qədirova ,tərbiyə işləri üzrə direktor müavini Fəzilə Əliyeva , kitabxana müdiri Sədaqət Əliyeva ,ədəbiyyat müəllimlərləri Mətanət Eminova, Şəlalə Şıxəliyeva , İradə Quliyeva, Dilguşə Süleymanova iştirak etdilər.
Münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin məktəb turunun qalibləri müəyyənləşdirildi.
1.Səbinə Namətova – IX e sinfi
2.Təhminə Həsənova - X a sinfi 
Qaliblərimizə gələcək müsabiqələrdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi