Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü

  Azərbaycan Respublikasının Milli Qəhrəmanı, əsl vətənpərvərlik və mübarizə təcəssüməsi Mübariz İbrahimovun anım gününə həsr olunan tədbir keçirilmişdir. Kollektivə yeni qatılmasına baxmayaraq kiçik zaman ərzində məktəbin ictimai həyatında aktiv şəkildə iştirak edən məktəbin hərbi rəhbəri Məcidov Vüqarın rəhbərliyi və coğrafiya müəllimi Rzayev Musanın dəstəyilə rus bölməsinin şagirdlərinin iştirakı ilə keçirilən tədbir həm kədərli, həm də qürurverici anlarla yadda qaldı. Şagirdlər Mübariz İbrahimovun həyatı haqqında geniş məlumatla çıxış etdilər. Milli qəhrəmana həsr olunmuş şeirlər, silahlı qarşıdurmada göstərdiyi şücaət haqqında olan videofilm hər kəsi çox kövrəltdi. Hərbi rəhbər Vüqar müəllimin çıxışını şagirdlərin vətənpərvərlik istiqamətində tərbiyə olunması zəminində edilən ən gözəl çıxışlardan biri olaraq hesab etmək olar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi