Pedaqoji Şura

31.01.2019-cu il tarixdə pedaqoji şuranın iclası keçirilmişdir. İclası məktəbin direktor əvəzi Yaqut Məmmədova açaraq gündəlik məsələrlə iştirakçıları tanış etmişdir. İclasın gündəliyi aşağıdakı məsələləri əhatə etmişdir:
1.Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 28.12.2018-ci i tarixli 8/1 nömrəli qərarı ilə “ Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarına “ əsasən keçirilən Böyük Summativ Qiymətləndirmənin nəticələrinin təhlili.
2.26.12.2018- ci il tarixdə IV,VI,VIII siniflərdə BŞTİ tərəfindən Ana dili,Riyaziyyat,Xarici dil fənləri üzrə aparılan monitorinqin nəticələrinin təhlili.
3.IV siniflərdə Riyaziyyat fənninin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə rəhbərlik tərəfindən aparılan monitorinqin nəticələrinin təhlili .
4.Dekabr ayının “Ədəbiyyat biliciləri” aylığı elan olunması ilə əlaqədar görülən işlərin yekun hesabatı .
Daha sonra 2-ci yarımilin Fəaliyyət planı haqqında kollektiv məlumatlandırılmışdır və Təhsil Naziri Ceyhun Bayramovun müvafiq əmrinin birinci bəndində qeyd olunan "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı" haqqında pedaqoji kollektivə geniş məlumat verilmişdir.
Sonda iclasın gündəliyində duran digər məsələlər geniş müzakirə olunmuşdur, pedaqoji kollektivin təklif və iradları dinlənilmişdir, hər bir məsələ müzakirə olunaraq yekun qərar qəbul olunmuşdur.