İstedadlı şagirdlər üçün xüsusi siniflərdə imtahan

Azərbaycan Respublikasının təhsil nazirinin 11.10.2018-ci il tarixli 704 nömrəli "İstedadlı şagirdlər üçün xüsusi siniflərin təşkili" barədə əmrinin 7-ci maddəsinə əsasən 2018-2019- cu tədris ilində istedadlı şagirdlər üçün təşkil olunan xüsusi siniflərdə təhsil alan şagirdlərə 2019-cu il yanvarın 24 - də ixtisas fənlər üzrə səviyyə müəyyənləşdirmə imtahanı keçirilir.
Bu gün əmrə əsasən məktəbimizin 7 ı informatika -riyaziyyat təmayüllü sinfində İmtahan 2,3,4 -cü dərs saatlarında keçirilmişdir.
Hər fənn üzrə 25 sual olduğuna görə bir sual 4 balla,8-ci siniflərdə isə hər fənn üzrə 20 sual olduğuna görə bir sual 5 balla qiymətləndirilr.Səhv suallar ümumi bala təsir etmir.