Şagirdlər Şəhidlər Xiyabanını ziyarət etdilər

1990-cı ildə Bakıda törədilən qanlı 20 Yanvar faciəsindən 29 il keçir. Hər il olduğu kimi bu ildə xalqımıza qarşı törədilən bu faciə ürək ağrısı ilə ölkəmizin hər yerində anılır.
Məktəbimizin 3g və 3ğ sinif şagirdləri ibtidai sinif müəllimləri Nərgiz Məhərrəmova və İbrahimova Aynurun rəhbərliyi ilə “Şəhidlər xiyabanı”nı ziyarət etmişdilər.Onlar şəhidlərin xatirəsini əziz tutaraq məzarları önünə çiçək dəstələri düzdülər.