MƏKTƏBDƏ HEYDƏR ƏLİYEV DƏRSİ TƏDRİS OLUNDU

10.01.2019-сu il tarixdə ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar məktəbin akt zalında “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda məktəbin direktor əvəzi ,müəllim və XI sinif şagirdlərinin iştirakı ilə açıq dərs keçirilmişdir. Dərs məktəbin direktor əvəzi Yaqut Məmmədovanın çıxışı ilə başlandı.Yaqut Məmmədova şagirdlərə Ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra danışmaq üçün məktəbin tarix müəllimi Elçin Əliyev söz aldı .O,Azərbaycan xalqının böyük oğu ,dahi şəxsiyyət ,ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında ,möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətlərindən geniş söhbət açmışdır. Açıq dərsdə Ulu öndərin siyasi kursunnun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən böyük quruculuq işlərindən də bəhs olunmuşdur.