Kitabın xeyri nədir?

       Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər. Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır.

     Bu səbəbdən məktəbimizin kitabxanaçıları  VII a sinfi ilə birlikdə “Bakı Kitab Mərkəzində “ ekskursiyada olmuşdular.Mərkəzdə olan kitab çeşidləri ,hər bir mövzuya aid güşələr  şagirdlərin  marağına səbəb  olmuşdur. Şagirdlər  monitorlarda istədikləri  kitablar haqqında ümumi məlumat toplayırdılar.

    Müxtəlif informasiya mənbələrinin olduğu müasir dövrdə sanki, kitabların dəyəri azalmışdır. Gəlin, buna yol verməyək. Gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qoruyaq, onlardan səmərəli istifadə edək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi