"Türk dünyasının şanlı tarixi" mövzusunda viktorina.
Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə 02.03.2015-ci il tarixində " Türk dünyasının şanlı tarixi" mövzusunda viktorina keçirildi. 7 siniflər arasında keçirilən bu yarışda 6 nəfərdən ibarət olan 10 komanda iştirak edirdi. Eyni zamanda komandaların divar qəzetləri də nümayiş olundu. Tədbirdə Türk dünyasına aid film göstərildi. Şagirdlər öz yazdıqları şeirləri söylədilər və müxtəlif musiqi ifaları dinlənildi. Müsabiqənin qalibləri "Valideyn Müəllim Assosasiyasının" təsis etdiyi qiymətli kitablarla mükafatladırıldı.Tədbirə cavabdeh şəxs tarix müəllimi Dadaşova Gülyaz idi.