Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəmnidir

Bu gün məktəbimizə nazirlik tərəfindən göndərilən təlimçi Sevinc Mirzəyeva “ Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəmnidir” mövzusunda peşələrimiz barəsində müəllim, şagird və valideynlərlə söhbət apardı. Söhbət əsasında şagirdlərin maraqları ,onların fikirləri ilə maraqlanaraq fikir mübadiləsi aparılmış və peşə seçiminin insan həyatında önəmli rol olduğu vurğulanmışdır.
Həmçinin Xəzər rayonu məşğulluq mərkəzindən aparıcı məsləhətçi Elvin Mİrzəyev və məsləhətçi Ruslan Sadıqov peşələr haqqında şagird və valideynlərə öz tövsiyələrini verərək onlara ünvanlanmış sualları cavablandırdılar.