Zərərli vərdişlərə yox deyək

Bu gün məktəbimizin şagird və müəllim kollektivi "Narkomaniyaya yox deyək","Dini radikalizm və ekstremizmə qarşı mübarizə " eləcə də "İnternetdən təhlükəsiz istifadə " mövzusunda geniş maarifləndirici tədbir keçirilmşdir. Tədbirdə Xəzər rayon Polis İdarəsinin rəisi,polis polkovniki Azər Muradov, Xəzər Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri,polis polkovniki İsmayıl Qasımov, DİN-Polis Akademiyasının müəllimi ,polis polkovnik-leytenantı Vüqar Mansurov, DİN-Polis Akademiyasının tədris şöbəsinin metodisti,polis leytenantı Ata Vəliyev,İcra Hakimiyyətinin nümayəndəsi Anar Nəsirov, 14 saylı BŞX-nın şöbə müdiri ,həkim Validə Əliyeva və Xəzər RPİ-nin Yetkinlik yaşına çatmayanlarla Proflikatiki işinin təşkili bölməsinin əməkdaşları iştirak etmişdilər.
Tədbirə giriş sözü ilə məktəbin direktor əvəzi Yaqut Məmmədova açaraq tədbirin mahiyyəti haqqında geniş məlumatlar verdi.Sonra qonaqları tədbir iştirakçılarına təqdim etdi.
Çıxışlardan sonra Xəzər Rayon Polis İdarəsinin rəisi ,polis polkovniki Azər Muradov şagirdlərin suallarına cavab verdi . Sonra məktəbin direktor əvəzi Yaqut Məmmədovaya səmimi görüşə görə öz təşəkkürünü bildirdi.
Qonaqlar tədbirdə fəal iştirak edən şagirdləri Fəxri fərmanla təltif etdilər.
Məktəbin direktor əvəzi Yaqut Məmmədova tədbirin təşkil olunmasına görə məktəbimizin psixoloqu Ümbülbanu Məmmədovaya təşəkkürünü bildirdi.