Korrupsiyaya qarşı maarifləndirici seminar keçirildi

      08.11.2018-ci il tarixində məktəbin akt zalında Bakı Şəhər Təhsil İdarəsinin təşəbbüsü  ilə “Məktəblərdə  korrupsiyaya qarşı  mübarizənin  gücləndirilməsi  və şəffaflığının  artırılması” mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə Xəzər rayonunun 26,234,322,125,206 №li məktəblərinin  direktor,müəllim və valideyn kollektivləri iştirak etmişlər.

     İlk olaraq  söz ictimaiyyətlə əlaqələr  sektorunun  müdiri Bəşarət Məmmədova verildi.O,korrupsiya anlayışının  mahiyyəti  və bu sahədə görülən işlərdən geniş məlumat  verdikdən sonra sözü Daxili nəzarət sektorunun  baş məsləhətçisi Nazim Bağırova  verdi. N.Bağırov öz çıxışında süründürməçilik halları və  hüquq pozuntularından danışdı.

    Sonda isə  mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi