"Bir kərə yüksələn bayraq bir daha enməz "

     I a sinfinin  rəhbəri Aynur Abdullayevanın rəhbərliyi və III g sinfinin rəhbəri  Nərgiz Məhərrəmovanın  iştirakı ilə məktəbin həyətində 9 Noyabr Bayraq gününə həsr edilmiş möhtəşəm tədbir keçirildi.Tədbirdə məktəbin direktor əvəzi Yaqut Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Susilə Abbasova,     Esmira   Əliyeva,  Ülviyyə Məmmədova,Leyla Əliyeva və Olqa Əliyeva eləcə də digər müəllimlər və valideynlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının Bayrağının təntənəli sürətdə meydana gətirilməsi ilə başlandı.Kiçik yaşlı şagirdlər Bayrağa Sədaqət andı içdikdən sonra Bayraq Gününün  yaranma tarixi haqqında məlumat verildi.Məktəbin XI sinif şagirdləri dövlət qanunları haqqında məlumat verdilər.    Azyaşlılar bu gününə həsr edilən şeir ,mahnı və rəqslər ifa etdilər.

    Sonda Azərbaycan Respublikasının xəritəsi və Azərbaycan Respublikasının Bayrağı flaşmob vasitəsilə hazırlandı və hamının bu torpaqda, bu bayraq altında birləşməsi arzusu ilə “Yaşa,Azərbaycan “ mahnısı səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi