9 Noyabr Bayraq Günü

  9 Noyabr Bayraq Gününə həsr edilmiş silsilə tədbirlərə bu gün rus bölməsinin müəllim və şagirdləri də öz töhfələrini verdilər. Şagirdlərin vətənə,dövlət rəmzlərinə, müstəqilliyə həsr etdikləri üç dildə - rus, ingilis və azərbaycan dillərində şeirləri,  bir-birindən gözəl musiqi nömrələri hər kəsin ruhunu oxşadı. Məktəbimizin direktor əvəzi Məmmədova Yaqut müəllimə də öz növbəsində müəllim və şagird kollektivini təbrik etdi, 2018-2019 –cu tədris ili Təhsildə Keyfiyyət ilinin davamı olaraq əsas prioritet məsələlərindən birinin də dövlət rəmzlərinə sevgi və hörmətin aşılanmasının əsas olduğunu və bunun tədbirdə gözəl şəkildə tərənnüm olunmasını bir daha qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi