Azərbaycan Dövlət Bayrağı Gününə həsr edilən tədbir keçirilmişdir

Noyabrın 6-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Əliyevanın təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Sonra məktəbin tarix müəllimi Elçin Əliyev Azərbaycan Bayrağının yaranma tarixi , ona verilən önəm və 9 Noyabr tarixinin “Bayraq günü” kimi qeyd edilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
Tədbirdə şagirdlər vətənə, bayrağa həsr olunan şeirlər səsləndirib və mahnılar ifa ediblər.Sonda məktəbin direktor əvəzi Yaqut Məmmədova çıxış edərək bu gün münasibətilə hamını təbrik etmişdir.